24 iyul 2010 13:00
Ronaldo: Futboldan getmək vaxtı çatdı
Braziliyanın "Corinthians" klubunun hücumçusu, dünya futbolunun ulduzu Ronaldo öz peşəkar karyerasını bitirmək niyyətindədi. Azerisport.az Marca nəşrinə istinadən xəbər verir ki, bunu futbolçu özü bildirdi və əlavə edib ki, o, artıq fiziki gərginliyə dözə bilmir.
"Mən qocalıram və mənim bədənim mənə deyir ki, artıq dayanmaq vaxtı gəlib çatıb", - Ronaldo bildirdi.
Qeyd edək ki, Braziliya millisinin keçmiş üzvü bütün karyerası boyu zədə üzündən əziyyət çəkib. İndiki komandasının heyətində də Ronaldo zədələrdən yaxa qurtaqa bilmir. Həmçinin, futbolçu artıq çəkidən də əziyyət çəkir.
Xatırladaq ki, əvvələr Ronaldo İspaniyanın "Barcelona", "Real", İtaliyanın "Milan" və "Inter" komandalarında çıxış edib.
