24 iyul 2010 01:01
UEFA Villareal klubunu xəbərdar etdi
Azerisport.az İspaniyanın "Villareal" klubunun rəsmi saytına istinadən xəbər verir ki, UEFA onlara məktub ünvanlayıb və bu məktubda deyilir ki, komanda Avropa Liqasında borc içində olan "Mallorca"-nı əvəz edəcək.
Qeyd edək ki, La Liqa-nın son mövsümündə "Mallorca" 5-ci yerə sahib olaraq avrokuboklara vəsiqə qazanmışdı. Lakin klubda maliyyə problemləri yarandığından UEFA komandanı Avropa Liqasından kənarlaşdırmaq haqqında qərar verdi.
