24 iyul 2010 13:41
Raul alman klubuna keçdi
İspaniya yığmasının sabiq üzvü Raul Almaniyanın "Schalke-04" komandası ilə ikiillik müqavilə bağladı. Azerisport.az İspaniyanın Marca nəşrinə istinadən bildirir ki, Madridin "Real" komandasının keçmiş kapitanı gələn həftə "Kral klubu" ilə vidalaşacaq.
Xatırladaq ki, Raul "Real"-da 16 mövsüm keçirib və klubun əfsanələrrindən biri sayılır. "Kral klubunun" heyərində hücumçu 740 oyun keçirib və 323 qol vurub. Raul altı dəfə İspaniya çempionu, üç dəfə Çempionlar Liqasının və iki dəfə Qitələrarası kubokunun qalibi olub.
