24 iyul 2010 13:52
Adebayor Juventus`a keçə bilər
İtaliyanın "Juventus" klubu İngiltərənin "Manchester City" komandasının toqolu oyunçusu Emmanuel Adebayoru ala bilər. Azerisport.az İtaliyanın Corriere dello Sport saytına istinadən xəbər verir ki, əgər Almaniyanın "Wolfsburg" komandasının hücumçusu Edin Cekonun transferi alınmasa, o zaman klub Adebayorun icarəsi haqqında danışığlara başlaya bilər.
Gözlənilir ki, bu gün "Qoca sinyora" bosniyalı hücumçu üçün son təklifini irəli sürəcək.
