24 iyul 2010 14:52
Alister Saverimutto: Vaqif Cavadov və Araz Abdullayev Azərbaycan futbolçuların qiymətini artırdılar
Azerisport.az xəbər verir ki, Azərbyacanın "Qəbələ" klubunun icraçı direktoru Alister Saverimutto ölkənin futbol səviyyəsinə qiymət verdi.
Saverimutto Day.Az Radiosuna bildirdi ki, Vaqif Cavadov və Araz Abdullayev Azərbaycan futbolçuların qiymətini 25-30 faiz artırdılar: "Çünki onların keçidləri Azərbacan futbolunun imicini qaldırdılar. Həmçinin, AFFA qərar verib ki, çempionat oyunlarında hər klubda azı üç yerli oyunçu çıxış etməlidi və mən hesab edirəm ki, bu qərar Azərbaycan futboluçularının inkişafina müsbət təsir edəcək".
