24 iyul 2010 15:00
Bakı`nın vitse-prezidenti istefa verdi
Azərbaycanın "Bakı" klubunun vitse-prezidenti Tunç Afşar istefa verdi. Azerisport.az xəbər verir ki, istefa ərizəsini Afşar UEFA-nın qərarı ilə əlaqədar olaraq yazdı. Xatırladaq ki, bu qərara görə klubumuza "Buduçnost" komandası ilə Avropa Liqasının 2-ci mərhələsində keçirdiyi ilk görüşün nəticəsini ləğv edilərək, texniki məğlubiyyət verilib. Həmçinin, qeyd edək ki, Joel Epallenin transferi ilə Afşar məşğul olurdu. Yaxın günlərdə klubun prezidenti Hafiz Məmmədov vitse-prezidentin işini araşdıracaq.
