24 iyul 2010 15:37
Ronaldinyo Milan`dan getmək istəmir
Azersport.az Sky Italia saytına istinadən xəbər verir ki, Ronaldinyonun qardaşı və eyni zamanda agenti Roberto De Assiş İtaliyanın "Milan" klubunun oyunçusu Ronaldinyo karyerasını indiki komandasında davam etdirmək niyyətində olduğunu bildirdi.
"Biz "Los-Angeles Galaxy" komandasının təklifi haqqında xəbərdarıq. Lakin bu təklifdə biz yox, ancaq "Milan" maraqlana bilər. Ronaldinyonun "rossoneri" ilə qüvvədə olan müqaviləsi var və mən ümid edirəm ki, Ronni "Milan"-da qalacaq", - De Assiş bildirdi.
