24 iyul 2010 15:51
Ramin Musayev: PFL Tsxadadzeni cəzalandıracaq
PFL-in prezidenti azerisport.az saytına bildirdi ki, Azərbaycanın "İnter" futbol klubunun baş məşqçisi Kaxaber Tsxadadze mətbuat qarşısında üzr istəməlidi.
"Redaksiyanızın mənə ünvanladığı açıq məktubu ilə tanış oldum. Məktubu oxuyandan sonra "İnter"-in prezidenti Qeorqi Nikolova və sonra Kaxaber Tsxadadzeyə zəng etdim. Onlar mənim zəngimə cavab vermədilər. Ola bilsin ki, onlar Polşadan qayıdandan sonra yorğun idilər", - Musayev bildirdi.
Onun sözlərinə görə, heç kimin Azərbaycan mətbuat nümayəndələrini təhqir etməyə ixtiyarı yoxdu: "Əgər Tsxadadze iyulun 27-nə qədər üzr istəməsə, o zaman PFL çərşənbə axşamı onu cəzalandırmaq haqqında qərar qəbul edəcək".
