24 iyul 2010 17:33
Azərbaycanda şərhçilər var
Azerisport.az saytında "Azərbaycanda hansı kanalın şərhçilərini daha çox bəyənirsiz?" sualına sorğu keçirildi. Sorğunun nəticəsinə görə ən bəyənilən şərhçilər ANS kanalında çalışır – 24% (165 nəfər səs verdi). Sorğuda iştirak edənlərin 22% (151) "bizdə şərhçi var?" cavabına üstünlük veriblər. Digər nəticələr: "heç birini" – 18% (121), AzTV – 11% (78), Lider – 11% (73), Xəzər – 8% (53), ATV – 3% (21), İTV – 2% (17), Space – 1% (4). Sorğuda 683 nəfər iştirak edib.
