24 iyul 2010 11:48
Dünya futbolunun canlı əfsanəsi xəstəxanaya yerləşdirildi
Madridin "Real" klubunun fəxri prezidenti Alfredo di Steafno növbəti dəfə xəstəxanaya yerləşdirildi. Azerisport.az Marca nəşrinə istinadən xəbər verir ki, dünya futbolunun canlı əfsanəsində yenə də ürəyi ilə bağlı problemlər yarandı. Bu səbəbdən, həkimlər di Stefanonu tam nəzarət altına götürüblər.
Qeyd edilir ki, bu artıq ilk dəfə deyil ki di Stefano xəstəxanaya ürəyi ilə bağlı problemlərə görə xəstəxanaya düşür. Bundan əvvəl, o öz istəyi ilə müayinədən keçdi, lakin o zaman həkimlər ciddi heç bir şey aşkar etməmişdirlər.
