Azərbaycan yığması Avstriyada toplanış keçirəcək
İyulun 25-dən avqustun 8-ə qədər Avstriyanın Lofer şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplanışa 20 futbolçu dəvət olunub: Popoviç Andrey ("Bakı"), Sadıxlı Orxan ("Xəzər-Lənkəran"), Ramazanov Sadiq ("Xəzər-Lənkəran"), Yaqubzadə Yasin ("Neftçi"), Əhmədov Hacı ("Bakı"), Səfərov Nail ("Qarabağ"), Yaqublu Eltun ("Neftçi"), Tağizadə Ruslan ("Neftçi"), Hüseynov Kamil ("Qarabağ"), Alxasov Slavik ("Neftçi"), Abatsiyev Abdulla (FK "Stolitsa", Rusiya), Abdulov Elnur ("İnter"), Tağıyev Cavid ("Turan"), Kərəmli Elgiz ("Qarabağ"), Sattarlı Murad (FK "Stavropol", Rusiya), Novruzov Nurlan ("Bakı"), Kazımlı Kazım ("Xəzər-Lənkəran"), Mehtiyev Ayaz ("Qarabağ"), Babayev Malik ("Neftçi"), Mehtiyev Emin ("Neftçi").
