24 iyul 2010 12:13
Romalyo Braziliya yığmasını çalışdırmayacaq
Braziliyanın "Fluminese" klubunun çalışdırıcısı Murisi Romalyo milli komandanın baş məşqçisi olmayacaq. Azerisport.az AP agentliyinə istinadən xəbər verir ki, "Fluminese"-nin prezidenti Roberto Xorkades bildirdi ki, Murisi klubu tərk etməyəcək: "Murisinin müqaviləsi bu yay bitirdi, lakin biz artıq razılaşma əldə etdik ki, o 2012-ci ilə kimi klubda çalışacaq".
Buna cavab olaraq Braziliya Futbol Federasiyasının prezidenti Rikardo Teyşeyra bildirdi ki, rəsmi cavabı Romalyonun özünündən gözləyir
