24 iyul 2010 00:18
Vidiç Mançesterdə qalır
İngiltərənin "Manchester United" klubu müdafiəçi Nemanya Vidiç ilə müqaviləsinin uzadılması haqda razılığa gəldi. Azerisport.az xəbər verir ki, bunu komandanın rəsmi saytına klubun icraiyyə direktoru Devid Qill bildirib.
"Bir ay əvvəl biz Vidiçlə yeni uzunmüddətli müqavilənin imzalanması haqqında razılığa gəldik. Kağızlar artıq hazırdı, Nemanyanın agentləri onları yoxluyurlar. Vidiç məzuniyyətdən qayıdandan sonra artıq hazır sənədə öz imzasını qoyacaq", - Qill bildirdi.
Vidiçin indiki müqaviləsi 2012-ci ilə kimi nəzərdə tutulub, onun həftəlik maaşı isə 70 min funt sterlinq təşkil edir. Britaniya mətbuatının məlumatına görə, yeni müqavilənin şərtlərinə uyğun olaraq müdafiəçi həftədə 90 min funt sterlinq alacaq.
