24 iyul 2010 12:32
Qarabağ`ın rəqibi qələbə qazandı (FOTO, VİDEO)
Krakovun "Wisla" klubu KSZO komandası ilə yoldaşlıq görüşü keçirdi. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubunun 3-cü təsnifat mərhələsindəki rəqibi Polşanın birinci liqası komandasını 3:1 hesabı ilə məğlub etdi. "Wisla"-nın heyətində qolları Tiboni, Kirim və Nalepa vurublar.
