24 iyul 2010 00:46
Vaqif Cavadov komandasına qələbə gətirə bilmədi (FOTO)
Azərbaycan millisnin hücumçusu Vaqif Cavadov "Twente" klubunun heyətində növbət oyununu keçirdi. Azerisport.az xəbər verir ki, Hollandiya klubu Uhren Kubokunda keçirdiyi ikinci görüşündə İspaniyanın "Deportivo" komandası üzərində oyunsonrası penaltilərdə qələbə qazandı . Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdı. Cavadov "Twente"-nin heyətində ilk dəqiqədən sona kimi meydançada idi və oyunun qəhrəmanı ola bilərdi. Lakin, Vaqif öz zərbəsini dəqiq yerinə yetirə bilmədi.
