25 iyul 2010 21:42
Neftçi Türkiyədə növbəti qələbəsini qazandı
Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışını davam etdirən Azərbaycanın "Neftçi" klubu qardaş ölkədəki hazırlığı çərçivəsində ikinci yoxlama oyununda "Kardemir Karabükspor"la qarşılaşıb. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" 0:1 hesabı ilə qələbə qazandı. Oyunda yeganə topu komandanın özbək hücumçusu Bahodir Nasimov vurdu.
