25 iyul 2010 00:02
Azərbaycan Türkiyə yığmasına uduzdu
Hollandiyanın Den Haaq şəhərində təşkil olunmuş "Crocs Challenge Cup" turnirində çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz Türkiyə yığması ilə qarşılaşıb. Oyun 8:5 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb. Millimizin heyətində Asif Zeynalov 4 qol vurub, İlham Əzizzadə isə bir dəfə fərqlənib.
Azərbaycan bu turnirdə ilk oyununu iyulun 23-də Çexiya yığmasına qarşı keçirmiş və 6:5 hesabı ilə qalib gəlmişdi.
