25 iyul 2010 12:16
Vinfrid Şefer: Biz artıq Avropa Liqasını unudmuşuq
Azərbaycanın "Bakı" futbol klubunun baş məşqçisi Vinfrid Şefer Çernoqoriyadan qayıdandan sonra azerisport.az saytına müsahibə verdi.
Yen komanda ilə Avropa Liqasındaki çıxışı haqqında nə deyə bilərsiz?
Komandada çox böyük dəyişiklər baş verdi. "Bakı" yeni oyunçularla gücləndi. Hesab edirəm ki, Avropa Liqasında keçirilən hər iki oyunu yaxşı səviyyədə keçirdik. Evdə qələbə qazndıq, qonaq meydançasında da hücüm edirdik və rəqibdən üstün idik. Amma, təəssüflər olsun ki, bizim çıxışımız uzunmüddətli alınmadı. Və bu nə mənim, nə də ki futbolçularım günahı deyil. Biz öz işimizi yerinə yetirdik.
Texniki məqlubiyyət haqqında eşidəndə nə hiss etdiniz?
Siz mənim yerimdə olsaydınız nə hiss edərdiniz? Bütün hazırlıq zamanı düşünürdük ki, cavab oyununda üstünlüyə malik olacayıq. Oyuna bir neçə saat qalmışkən bizə faks gəlir və orada bildirilir ki, bizə 0:3 hesablı texniki məğlubiyyət verilib. Hər halda, mən şadam ki, futbolçuların öz oyununu itirmədilər. Əlbətdə, psixoloji gərginlik var idi. Amma buna baxmayaraq onlar iki qol vurdular və üçüncü topu keçirdməyə yaxın idilər. Komandamın oyunundan razı qaldım.
"Bakı"-nın prezidenti Hafiz Məmmədov bildirdi ki, o, komandadan gələn il Avropada uğurlar qazanacağını gözləyir.
Prezident tərəfindən olan diqqəti qeyd etmək istəyirən. Heç bir şeyə baxmayaraq, o oyundan əvvəl futbolçularla görüşdü və bizə həmişə inandığını göstərdi. O komanda üçün ideal şərait yaraddı və buna görə də biz ona minnətdarıq. "Bakı" çox güclü komandadı və bu il Avropa Liqasında uğurlu çıxış edə bilərdi. Lakin hər şey başqa cür oldu.
Sizin dostlarınız buna necə reaksiya verdilər?
Siz inanmayacaqsınız, amma Almaniyada yaşayan dost və tanışlarım hələ də məni təbrik edirlər. Podqoritsada əldə edilən qələbədən sonra onlar mənə SMS vasitəsi ilə dedilər ki, "Bakı"-ya azərkeşlik edirlər. Amma mən onlara başa sala bilməmişəm ki, biz növbəti mərhələyə keçmədik. Onlar hesab edirlər ki, "Bakı" mübarizəni davam edir. Gərək sabah onlara zəng edim və hər şeyi izah edim.
Julio Sezarın transferi hansı mərhələdədi?
Məncə, o bizim futbolçumuz olacaq Julio Sezar olduqca təcrübəli və məşhur futbolçudu. O, bizim klubumuza kömək edə bilər. Çox güman ki, danışıqlar müsbət başa çatacaq və gələn həftənin sonunda bu futbolçu komandamızla birgə məşq edəcək. Bir məşqçi kimi deyə bilərəm ki, belə futbolçu ilə çalışmağa şad olacam.
Yaxın günlərə hansı planlarınız var?
Biz artıq Avropa Liqasını unudmuşuq. Fubolçulara məzuniyyət verilib. Azrtıq iyulun 27 komanda bir yerdə toplaşacaq və ölkə çempionatına hazırlığa başlayacaq. Həmişə olduğu kimi, "Bakı" çempionluq uğrunda mübarizə aparacaq. Çempionatda debütumu səbirsizliklə gözləyirəm.
Çempionat haqqında məlumatınız var?
Bilirəm ki, çempionluq uğrunda 5-6 komanda, o cümlədən, "Bakı"-da mübarizə aparır. Hal hazırda biz çempionta və ölkə kubokunda layiqincə çıxış edərək ümidləri doğrultmalıyıq. Təkcə bu halda biz avrokuboklara növbəti mövsüm çıxa bilərik. "Bakı" çox güclü və intizamlı komandadı. Və mən çox istəyirəm ki, bu komanda ilə birgə Azərbaycan çempionatında qalib gələk və Avropaya çıxaq. Bizə dəstək olan bütün azərkeşlərə minnətdaram. Çox sağ olsunlar ki, bizi hava limanında qarşıladıqları üçün.
