25 iyul 2010 00:16
Qattuzo Milan`ı tərk edə bilər
Gələn həftə İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Cennaro Qattuzo komandanın rəhbərliyi ilə görüşəcək. Azerisport.az Football Italia saytına istinadən xəbər verir ki, bu görüş zamanı futbolçunun klubdaki gələcəyi haqqında müzakirə aparılacaq.
"Gələn həftə Qattuzo klubun vitse-prezidenti Adriano Qalliani ilə görüşəcək. Biz bəzi klublardan da təklif almışıq. Misal üçün, Yunanıstanın "Olympiakos" komandasında. "Milan" rəhbərliyi bu haqda bilir", - futbolçunun agenti Klaudio Paskualin bildirdi.
