25 iyul 2010 00:26

İqor Mitreski: Neftçi`də yaxşı atmosfer hökm sürür

Azerisport.az Azərbaycanın "Neftçi" futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın makedoniyalı müdafiəçisi İqor Mitreski Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışının gedişatı və qarşıya qoyulan məqsəd barədə fikirlərini açıqlayıb.

 
"Neftçi"-nin düşərgəsində yer aldığım qısa müddət ərzində yaxşı hazırlığın şahidi olduğumu deyə bilərəm. Həm topla çalışmalar, həm də fiziki məşqlər çox maraqlı keçir. Bu komandada yaxşı atmosfer hökm sürür. Təxminən 10 gündür bu kollektivlə birgəyəm. Demək olar ki, uyğunlaşma prosesi arxada qalıb. Daha bir neçə gündən sonra tam uyğunlaşacağam. Bizim komandamızın bünövrəsi, kökü var. Artıq burada bir yoxlama matçına çıxıb, "Orduspor"a 4:0 hesabı ilə qalib gəlmişik. Əsas odur ki, qələbə qazanmışıq. Baxımlı oyun göstərdimvə ya göstərmədin fərqi yoxdur, istənilən halda, nəticə üçün mübarizə aparırıq. Çempion olmaqdan ötrü bir sıra amillər tələb olunur. Bunun üçün öz üzərimizdə çalışmalı, komanda oyunu göstərməli, səhvləri düzəltməli və heç vaxt ruhdan düşməməliyik", - Mitreski bildirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.