25 iyul 2010 21:38
Şükürovun komandası Diniyevi məyus etdi (YENİLƏNDİ)
Bu gün Rusiya çempionatının 14-ci turun çərçivəsində Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun "Anjı" və millinin keçmiş baş məşqçisi Şahin Diniyevin "Terek" komandaları bir-biriylə qarşılaşdı. Azerisport.az xəbər verir ki, Şükürov "Anjı"-nın əsas heyətində yer almışdı.
İlk hissə 0:0 hesabı ilə bitdi.
İkinci hissənin 75-ci dəqiqəsində David Tsorayev "Anjı"-ya qol gətirir - 1:0.
Oyun elə bu hesabla da başa çatdı.
