25 iyul 2010 12:39
Ferdinand mövsümün əvvəlini buraxmalı olacaq
Azerisport.az İngiltərənin The Guardian nəşrinə istinadən xəbər verir ki, "Manchester United" klubunun müdafiəçisi Rio Ferdinand mövsümün əvvəlini buraxmalı olacaq. DÇ-2010 ərəfəsində dizindən zədə alan oyunçu hələ də tam sağalmayıb.
Gözlənilir ki, Ferdinand heyətə altı həftədən sonra qayıdacaq.
