26 iyul 2010 13:09
Robero Mançini: Torres bizim əsas məqsədlərimizdən biridi
İngiltərənin "Manchester City" klubunun baş məşqçisi Roberto Mançini "Liverpool" və İspaniya millisinin hücumçusu Fernando Torresin transferi əsas məqsədlərdən biri olduğunu bildirib. Azerisport.az Marca saytına istinadən xəbər verir ki, Mançini bildirib ki, bu keçid transferin məbləğindən asılıdı.
Onun sözlərinə görə, Torres dünyanın ən yaxşı hücumçusudu: "Fernando premyer-liqada üç mövsüm keçirib və bu İngiltərədə olan mühütə artıq öyrəşib. Amma ilk növbədə hər şey futbolçunun qiyməti və istəyindən asılıdı. Lakin biz bu futbolçuya görə sona kimi mübarizə aparacayıq".
