26 iyul 2010 14:12
Almaniya əfsanəsi avtomobil qəzasına uğrayıb
Almaniya futbolunun əfsanələrindən biri Uve Zeeler avtomobil qəzasına uğrayıb. Azerisport.az Sport1.de saytına istinadən xəbər verir ki, 73-yaşlı Zeelerin bəxti gətirdi ki, o sağ qaldı. Lakin, o müxtəlif bədən xəsarətlərini, o cümlədən, başından zədə aldı.
"Biz kifayət qədər yavaş sürürdük və birdən arxadan gələn maşın bizi vurdu. Bunun nəticəsində hər iki maşın qəzaya uğradı. Mənim bəxtim gətirdi ki, sağ qaldım", - Zeleer bildirdi.
Xatırladaq ki, Zeeler AFR yığmasının və "Hamburg" klubunun heyətində çıxış edir.
