26 iyul 2010 14:39
Balotelli Mançester klubuna keçir
İtaliyanın "Inter" klubunun 19-yaşlı hücumçusu Mario Balotelli İngiltərənin "Manchester City" komandasına keçidinə razılığını verdi. Azerisport.az Gazzetta dello Sport nəşrinə istinadən xəbər verir ki, futbolçu ingilis komandası ilə artıq ilkin müqavilə imzalayıb. Balotelliyə görə Mançester klubu 30 milyon avro ödyəcək. Həmçinin, futbolçu yeni komandasında uğurlu çıxış etsə əlavə olaraq 5 milyon avro da ödəniləcək.
