26 iyul 2010 14:52
Rusiya klubu Qalatasaray`ın oyunçusunu almaq niyyətindədi
Rusiyanın ÇSKA futbol klubu Braziliya millisinin və Türkiyənin "Qalatasaray" komandasının yarımmüdafiəçisi Elano ilə maraqlanır. Azerisport.az CNNTurk kanalına istinadən bildirir ki, Rusiya klubu futbolçuya görə 9 milyon avro ödəməyə hazırdı. Lakin, "Qalatasaray"-ın rəhbərliyi Elanonu 12 milyon avrodan aşağı qiymətə buraxmaq isətmir.
