26 iyul 2010 15:19
Barcelona İbrahimoviçi sata bilər
İspaniyanın "Barcelona" klubu hücumçu Zlatan İbrahimoviçi sata bilər. Azerisport.az El Mundo Deportivo nəşrinə istinadən xəbər verir ki, əgər futbolçuya görə yaxşı qiymət təklif edilərsə klub oyunçunu buraxmağa hazırdı.
Oyunçu ilə "Milan" və "Manchester City" komandaları maraqlanır. Futbolçu İngiltərə keçmək variantından imtina etdi, amma "Milan"-a keçidi haqqında hələ də fikirləşir.
Lakin, bu transferin həyata keçirilməsi üçün "Milan" özünün ən yaxşı müdafiəçisi olan Tiaqu Silvanı "Barcelona"-ya satmalıdı.
