26 iyul 2010 15:43
Əfran İsmayılov: Komandamız özünə inanır
Azərbaycanın "Qarabağ" futbol klubunun oyunçusu Əfran İsmayılov Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" komandasına qarşı ilk oyundan əvvəl azerisport.az saytına öz fikirlərini bildirdi.
"İndiki mərhələdə komanda özünə inanır. Oyuna tam gücümüzlə hazırlaşırıq. Artıq sabah Krakova yola düşəcəyik. Dünən biz "Portadaun"-la oyunumuza baxdıq. Baş məşqçi Qurban Qurbanov bizə öz iradlarını bildirdi. Onun dediyinəgörə, biz yaxşı oyun nümayiş etdirdik, lakin qol vəziyyətlərinin istifadə etmədiyimizdən razı qalmadı. Hər halda, komanda çox hücum edir və təhlükəli vəziyyətlər yaradır və bu bizi sevindirməyə bilməz", - İsmayılov bildirdi.
Onun sözlərinə görə, Polşa klubu ilə oyunda komanda hər vəziyyətdən maksimum faydalanacaq: "Biz qol vurmalıyıq. Şəxsən mən özümə arxayınam. Hətta təkbətək vəziyyətlərdə mən qol vuracağıma əminəm. Hücumçu üçün bu keyfiyyət çox vacibdi".
