26 iyul 2010 15:53
Azərbaycanlı futbolçu Türkiyədə debüt etdi
Türkiyənin "Altay" klubu "Akhisar BLD Spor" komandası ilə yeni mövsümdə ilk yoldaşlıq görüşünü keçirdi. Azerisport.az "Altay"-ın rəsmi saytına istinadən xəbər verir ki, izmirlilərin heyətində öz ilk oyununa azərbaycanlı futbolçu Rəhman Həciyev çıxmışdı. Oyun 1:1 hesabı ilə bitdi. Görüşdən sonra komandanın baş məşqçisi Erçan Ertemçez bildirdi ki, bu oyunda yeni futbolçuları, o cümlədən Həciyevi də yoxlamaq istəyirdi.
Xatırladaq ki, Azərbaycan Kubokunun sahibi Cüneyt Biçer də Türkiyənin birinci liqasınıda çıxış edən "Altay" klubuna keçib.
