26 iyul 2010 16:54
Cilardino Italiyanı tərk edə bilər
Marselin "Olimnpik" klubub İtaliyanın "Fiorentina" komandasının hücumçusu Alberto Cilardinonu almaq istəyir. Azerisport.az Goal.com saytına istinadən xəbər verir ki, bunu Fransa klubunun baş məşqçisi Didye Deşam bildirib: "Cilardino bizim maraq dairəmizdədi."
Qeyd edək ki, Cilardino "Fiorentina"-nın heyətində 2008-ci ildən çıxış edir. Komandanın heyətində 71 oyun keçirib, 34 qol vurub.
