26 iyul 2010 17:27
Raul Madridlə vidalaşdı
İspaniya yığmasının və Madridin "Real" komandasının əfsanəsi Raul "Kral klubunun" azərkeşləri ilə vidalaşdı. Azerisport.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, təntənəli mərasim klubun ev meydançası "Santyaqo Bernabeu"-da keçirildi. Öz pərəstişgahını "Schalke-04" klubuna yola salmaq üçün stadiona minlərlə azərkeş gəlmişdi.
Qeyd edək ki, Raul "Real"-ın heyətində ilk dəfə meydançaya 1994-cu ildə çıxdı. O vaxtdan klubda 723 oyun keçirib, 324 qol vurub, altı dəfə İspaniya çempionu, üç dəfə Çempionlar Liqasının qalibi olub. Həmçinin, Raul beş dəfə İspaniyanın ən yaxşı futbolçusu adına layiq görülüb.
Xatırladaq ki, futbolçu "Schalke-04" klubu ilə ikiillik müqavilə imzalıyıb.
