26 iyul 2010 17:59
"Kral klubu" Juventus`un hücumçusu ilə maraqlanır
Madridin "Real" klubu İtaliyanın "Juventus" komandasının hücumçusu Amauri ilə maraqlanır. Azerisport.az Goal.com saytına istinadən xəbər verir ki, "Kral klubun" rəhbərlyi bu oyunçunu Almaniyanın "Schalke-04" klubuna keçən Raulun əvəzinə almaq istəyir.
Yeganə problem Amaurinin transfer qiymaəti ola bilər. "Qoca sinyora" öz vaxtında 22 milyon avro vermişdi və buna görə də, futbolçunu aşağı qiymətə satmaq fikiri yoxdu.
Əgər klublar öz aralarında razılığa gələ bilməsələr, o zaman "qalaktikos" ya "Bayern Münich"-də çıxış edən Mario Qomeslə, ya da ki, "Werder"-in oyunçusu Almeyda ilə danışıqlara başlayacaq.
