26 iyul 2010 00:02

Arif Əsədov: Futbolçularımızdan razı qaldım

Azerisport.az Azərbaycanın "Neftçi" klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Arif Əsədov Türkiyədə keçirilən təlim-məşq toplanışı barəsində öz fikirlərini bildirdi.

 
"Kardemir Karabükspor"-la görüşdə futbolçularımızdan razı qaldım. Artıq oyundan-oyuna komandamızda inkişafı görmək mümkündür. "Orduspor" matçı ilə müqayisədə, bu dəfə "Neftçi"-nin oyununda keyfiyyət baxımından artım hiss olunur. Məşqlərdə "yükləmə"ni azaltdıqca, futbolçulara yeni güc gəlir ki, bunun da sayəsində onlar tapşırdığımız taktiki gedişləri yerinə yetirməyə çətinlik çəkmirlər. Komanda "Kardemir Karabükspor"la matçda daha istəkli görünürdü, balanslaşmış oyun aparırdı, həm müdafiədə, həm də hücumda inamlı təsir bağışlayırdı", - Əsədov deyib.
 
O, bu gün Türkiyənin Bolu şəhərində "Kardemir Karabükspor"la keçirilən yoxlama matçında flaqmanın mübarizliyini qiymətləndirib: "Həqiqətən də görüşün 60-70-ci dəqiqələrində rəqib təzyiqi artıraraq, qapımız önündə təhlükəli epizodlar yaradırdı. İkinci hissədə çoxlu əvəzləmələr etdik. Dəyişikliklərdən sonra istər-istəməz xətlərarası əlaqələr bir az kəsilir, balans itir. Əsas odur ki, komandamız sona qədər mübarizə apardı və qələbə hesabını final fitinədək qorudu".
 
Əsədov bildirib ki, iyulun 28-də "Qaziantep Böyükşehir Bələdiyyəspor"la yoldaşlıq oyununda da hədəf qələbə qazanmaqdır: "Türkiyədəki son hazırlıq matçında da qalib gəlmək istəyirik ki, həm Premyer Liqanın startı ərəfəsində komandada əhval-ruhiyyəni daha da yüksəldək, həm də futbolçularda özünəinam hissi artsın. Çox sevindirici haldır ki, Türkiyədəki təlim-məşq toplanışında qol buraxmamışıq. Hazırlıq görüşlərində əsas məqsədimiz qapımızın toxunulmazlığını saxlamaqla, qol buraxmaq idi. Hələ ki, işlərimiz plana uyğun gedir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.