26 iyul 2010 00:05
Yığmamız İngiltərəni məğlub etdi
Hollandiyanın Den Haaq şəhərində təşkil olunmuş "Crocs Challenge Cup" turnirində çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün son oyununu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbolçularımız İngiltərə yığması ilə qarşılaşıb. Oyun millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Elvin Quliyev, Hikmət Bağırov, Renat Sultanov, Emin Kürdov və Zeynal Zeynalov fərqlənib.
"Crocs Challenge Cup" turnirinin qalibi adını Türkiyə millisi qazanıb. 2-ci yeri Hollandiya yığması, 3-cü yeri isə Azərbaycan millisi tutub.
