26 iyul 2010 12:11
Qəbələ növbəti transferlərini həyata keçirə bilər
Azərbaycanın "Qəbələ" futbol klubunun heyətinə daha bir yeni futbolçu gəlib. Azerisport.az xəbər verir ki, söhbət 22-yaşlı hücumçu Samade Opponqe haqqında gedir. Qana yığmasının heyətində o bir oyun keçirib. Yaxın günlərdə "radarların" baş məşqçisi Toni Adams bu futbolçu ilə bağlı öz qərarını verəcək.
Bundan başqa, klub daha üç braziliyalı futbolçu ilə müqavilə bağlamaq niyyətindədi. Bunlar komandada artıq bir neçə gün olan yarımmüdafiəçilər Julio Sezar, Bruno Barbosa və hücumçu Brunodu.
