26 iyul 2010 12:17
Yücel İldiz: Neftçi`nin aqressiv oynaması xoşuma gəldi
Azerisport.az Azərbaycanın "Neftçi" klubunun rəsmi saytına istinadən zəbər verir ki, "neftçilər" ilə yoldaşlıq oyununu keçirən "Kardemir Karabükspor" klubunun baş məşqçisi Yücel İldiz bu görüş haqqında öz fikirkəri ilə bölüşdü. "Neftçi" ilə görüşümüz hazırlıq baxımından çox yaxşı oldu. Görüş hər iki komanda üçün effektli keçdi. Matçda zədə, cəza və mübahisə olmamasını xüsusi qeyd edərdim", - İldiz deyib.
Türkiyənin Bolu şəhərində "Neftçi" ilə yoxlama matçı barədə fikirlərini bildirən İldiz flaqmanın güclü olduğunu etiraf edib: "Neftçi"-nin aqressiv oynaması xoşuma gəldi. Cinah oyunçuları fəal nəzərə çarpırdılar. Bu, çox müsbət məqamdır. Onlar futbolu çirkinləşdirmədən mübarizə apardılar. Açığı, biz hələ belə güclü rəqiblərlə oyuna hazır deyilik".
