26 iyul 2010 12:36
Maradona baş məşqçi vəzifəsində qalmaq niyyətindədi
Arqentina yığmasının baş məşqçisi Diyeqo Armando Maradona milli komandada öz gələcəyi haqqında danışdı. Azerisport.az Arqentinanın Ole saytına istinadən bildirir ki, Maradona bildirdi ki, yığmada öz fəaliyyətini bir şərtlə davam etdirəcək: onun bütün köməkçiləri öz yerlərində qalmalıdı.
"Mən baş məşqçi vəzifəsində qalacam. Lakin mənimlə bir yerdə mənim bütün köməkçilərim də çalışmalıdı. Əgər onlar kiminsə getməyini xahiş etsələr, biz bununla mübarizə aparacayıq. Mənim komandada işimi davam etdirmək arzusu var, amma mənim köməkçilərimə əl vurmaq lazım deyil", - Maradona bildirib.
