26 iyul 2010 12:37

Rail Məlikov: İndiki komandaya daha çox güvənirəm

Azerisport.az xəbər verir ki, "Neftçi"nin kapitanı Rail Məlikov "Kardemir Karabükspor"-la oyundan sonra klubun rəsmi saytına açıqlama verdi.

 
"Kardemir Karabükspor" oyunu barədə nə deyə bilərsən?  
 
Türkiyədə keçirdiyimiz ilk yoxlama matçında "Orduspor"-a 4:0 hesabı ilə qalib gəlmişik. Növbəti rəqibimizin güclü olduğunu bilirdik. Çünki "Kardemir Karabükspor" Türkiyə Superliqa təmsilçisidir. Buna görə də qarşılaşmanın çətin olacağını qabaqcadan gözləyirdik. Belə oyunlar Premyer Liqaya daha yaxşı hazırlaşmağımıza imkan yaradır. Çətin də olsa, layiqli qələbə qazandıq.
 
Komandanın kapitanı kimi fikrini bilmək maraqlı olardı. "Kardemir Karabükspor"-la matçda "Neftçi"nın hansı cəhətlərini bəyəndin?
 
Yoxlama matçları keçirdikcə, komandanın müsbət və mənfi tərəfləri üzə çıxır. Bu oyunda "Neftçi"-də çoxlu müsbət cəhətlər gördüm. Flavinyo ilk dəfə start heyətdə yer almasına baxmayaraq, yaxşı təsir bağışladı. Bundan başqa, digər oyunçuların da əməyini xüsusi qiyəmtləndirmək lazımdır.
 
İyulun 28-də "Qaziantepspor Böyükşehir Bələdiyyəspor"-a qarşı keçirəcəyiniz matç da nəticə baxımından önəm daşıyacaq, yoxsa...?
 
Türkiyədəki təlim-məşq toplanışında qarşımıza məqsəd qoymuşuq ki, hər 3 oyunda qələbə qazanaq. Ola bilsin ki, hansısa taktiki dəyişikliklər olacaq. Ancaq istənilən halda, qalib gəlib, Bakıya yüksək əhval-ruhiyyədə dönməyə çalışacağıq.
 
Necə düşünürsən, indiki kollektivin gücü Premyer Liqada nəyə qadirdir?
 
"Neftçi" Azərbaycan futbolunun flaqmanıdır və bütün çempionatlarda qızıl medallar uğrunda mübarizə aparıb. Ötən illə müqayisədə, indiki komandaya daha çox güvənirəm. Bizim komandamızda birlik var, ailə kimiyik. Birlik olan yerdə, həmişə nəticə olur. Başda klubumuzun prezidenti Sadıq Sadıqov olmaqla, "Neftçi"-nin bütün üzvlərində inam var. Bu inamı komandaya məhz Sadıq müəllim gətirib. Bunun sayəsində özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq. İnşallah, növbəti mövsümdə qarşıya qoyulan hədəfə çatarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.