26 iyul 2010 12:46
Qarabağ üçün norveçlilər
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 29-da, Bakı vaxtı ilə saat 23:00-da, Krakov şəhərindəki "Hutnik" stadionunda keçiriləcək "Visla" (Polşa) – "Qarabağ" oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşün baş hakimi Tom Harald Hagen olacaq. Onun köməkçiləri isə Sveyn İnqe Uiken, Sven Erik Midthyell və dördüncü hakim Kristoffer Helqerud olacaqlar. Hakimlər briqadası Norveçdəndir. Oyunun hakim-inspektoru Peter Cons (İngiltərə), UEFA nümayəndəsi isə Buyar Kasmi (Albaniya) olacaqlar.
