27 iyul 2010 13:43
Neftçi`nin futbolçuları Maltaya qarşı
Azərbaycanıın "Neftçi" klubunun yeni transferləri – İqor Mitreski və Slavço Georgievski Makedoniya yığma komandasının heyətinə dəvət ediliblər. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, Makedoniya millisinin baş məşqçisi Mirsad Yonus flaqmanın hər iki futbolçusunu Malta ilə yoldaşlıq görüşündə sərəncamında görmək istəyir. Qeyd edək ki, makedonlar yoldaşlıq görüşünü avqustun 11-də Maltanın paytaxtı Valetta şəhərində keçirəcəklər.
