27 iyul 2010 14:47
Tottenham Uruqvay millisinin hücumçusunu almağa hazırdı
İngiltərənin "Tottenham" klubu Uruqvay millisinin və Hollandiyanın "Ajaks" komandasının hücumçusu Luis Suaresi almağa hazırdı. Azerisport.az Goal.com saytına istinadən xəbər verir ki, bu futolçuya görə klub 25 milyon funt sterlinq ödəməyə hazırdı.
Suaresdən başqa "Tottenham"-in baş məşqçisi Harri Rednapp Bellami və Hünteların namizədliyini də nəzərdən keçirir.
"Əgər ölkənin aparıcı klublarına nəzər yetirsək, onda görəcəyik ki, "Arsenal"-da – Van Persi, "Liverpooll"-da – Torres, "Chelsea"-da – Droqba, "Manchester City"-də – Teves var. "Tottenham"-in hücumçuları da güclü xüsusiyyətlərə də malikdir, lakin səviyyələri İngiltərənin ən yaxşı komandaların hücumçularının səviyyələrindən aşağıdı", - Rednapp bildirdi.
