27 iyul 2010 15:09
Kempbell karyerasını Newcastle`da davam etdirə bilər
İngiltərənin "Arsenal" klubunun keçmiş müdafiəçisi Sol Kempbell "Newcastle" komandasının sərəncamına gəlib. Azerisport.az BBC-yə istinadən xəbər verir ki, oyunçu tibbi müayinədən keçir.
Əgər hər şey qaydasında olsa, futbolçu İngiltərə elitasına bir ildən sonra qayıtmış "Newcastle"-la müqavilə imzalaya biləcək. Qeyd edək ki, Kempbell "Arsenal"-ı müqavilisi bitdiyinə görə tərk etdi.
