27 iyul 2010 15:45
Kamoranezi İspaniyaya köçə bilər
İtaliyanın "Juventus" klubunun rəhbərliyi komandanın yarımmüdafiəçisi Mauro Kamoraneziyə yeni iş yerinin axtarışındadı. Azerisport.az La Gazzetta dello Sport nəşrinə istinadən xəbər verir ki, bu gün klubun baş direktoru Beppe Marotta İspaniyanın "Hercules" komandasının nümayəndələri ilə görüşəcək. La Liga-ya bu il vəsiqə qazanan klub Kamoraneziyə ikillik müqavilə və 1,5 milyon avro məbləğində illik maaş təklif edir.
