27 iyul 2010 16:03
Qeorqi Nikolov: Andreys Rubinsdən başqa hamı öz pul mükafatını ala biləcək
Azərbaycanın "İnter" futbol klubunun prezidenti Qeorqi Nikolov azerisport.az saytına bildirdi ki, bütün futbolçular ölkə çempionatdaki qələbəyə görə pul mükafatını almayıb.
"Biz bütün mükafatları verməyə çatdıra bilmədik. Bəli, biz doğurdan dabəzi oyunçulara borclu qalmışıq. Ola bilsin ki, onlar mətbuata narazılığlarını buna görə bildirdilər. Yaxın günlərdə Andreys Rubinsdən başqa hamı öz pullarını ala biləcək. Yeni mövsümə hazırlığ zamanı Rubins özünü kluba qarşı çox pis apardı. Gah deyirdi ki, "İnter"-də iki il də qalmaq istəyir, gah da "Qarabağ"-a gedəcəyi haqqında bildirirdi. Məncə, o bu mükafata layiq deyil", - Nikolov bildirdi.
