27 iyul 2010 16:52
Mirça REDNİK: Heç bir Rumıniya klubu XL-də olan şəraitə malik deyil
Azerisport.az xəbər verir ki, Azərbaycanın "Xəzər-Lənkəran" komandasının yeni baş məşqçisi Mirça Rednik Rumıniya mətbuatına ölkəmiz və klubu haqqında öz fikirlərin ilə bölüşdü.
"Azərbaycandaki şərait çox əladı. Burada infrastruktur yaxşılaşdırılır və futbolçulara olduqca yaxşı pul qoyulur. Komandam haqqında isə deyə bilərəm ki, indi XL yaxşı vəziyyətdə deyil. Özünüz başa düşüsüz... Avropa Liqasında Moldovanın "Olimpiya" klubuna uduzdu. Lakin klubun rəhbərliyi – Mübariz Mənsimov və Mais Mənsimov tərəfindən mənə maddi və mənəvi dəstək göstərilir. Artıq komandadan dörd oyunçu kənarlaşdırdım. Onların yerinə təzələri gələcək. Əlbətdə ki, Rumıniyadan. Mən həmin futbolçularnan bir yerdə çalışmışam", - Rednik bildirdi.
Həmçinin, mütəxəssis Xl-də olan şəraiti Buxarestin "Dinamo" klubunda ola şəraitlə müqayisə etdi: "Sizə deyim ki, burada "Dinamo"-dan qat-qat yaxşıdı! Heç bir Rumıniya klubu belə şəraitə malik deyil. Rəhbərlik XL-in hazırlığına və stadionuna 25 milyon avro verib. Həmin stadion 18 minlik yer tutumuna malikdi".
Azərbaycan haqqında danışan Rednik bildirdi ki, onun ən xoşuna gələn bir şey oldu, o da yeməklər: "Burada son dərəcə gözəl yeməklər var! Burada qoyun ətinin tam başqa dadı var. Pirojnalar da əladı! Bütün komanda mənə delikatesləri məsləhət edir".
"Lənkəran haqqında isə deyə bilərəm ki, şəhərin ətrafında dağlar və dəniz var – çox gözəl yerdi. Əgər Bakı və Lənkəranda çoxlu sayda tikintilər görsəniz təəcüblənməyin", - Rednik dedi.
