27 iyul 2010 17:23
Fenerbahçe Qana yığmasının oyunçusu ilə maraqlanır
Türkiyənin "Fenerbahçe" komandası Fransanın "Renn" klubunun qanalı hücumçusu Asamoa Qyanla müqavilə imzalamağa yaxındı. Azerisport.az Footballpress.net saytına istinadən xəbər verir ki, İstanbul klubu oyunçuya görə 16 milyon avro təklif edir. Gözlənilir ki, hücumçu 4-illik müqavilə bağlayacaq və bu müddət ərzində 12 milyon avro qazanacaq.
