27 iyul 2010 17:55
İnter Simurq və Muğan`la görüşəcək
Azərbaycanın "İnter" futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində "Simurq" və "Muğan" komandalarıyla yoldaşlıq oyunu keçirəcək. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda Zaqatala klubuyla iyulun 29-da, Salyan təmsilçisiyləsə iyulun 31-də görüşəcək. Hər iki oyun Zabrat qəsəbə stadionunda saat 19.00-da baş tutacaq.
