27 iyul 2010 11:50
Maradona Arqentinanı tərk edir
Arqentina yığmasını DÇ-2010-da çalışdıran Diyeqo Maradona millinin baş məşqçisi vəzifəsindən imtina etdi. Azerisport.az Ole saytına istinadən xəbər verir ki, iyulun 26-sı Maradona Arqentina Futbol Assosiasiyasının (AFA) başçısı Xulio Qrondona ilə görüşdü.
Görüşdə Maradonanın yığmada qalmaq məsələsi müzakirə olundu. Bundan öncə Maradona bildirmişdi ki, əgər AFA onun köməkçilərindən heç olmasa birini belə işindən azad etsə, o yığmanı tərk edəcək. Məlum idiki, Qrondona məşqçılər korpusundan bir neçə nəfərə istefayə göndərmək istəyirdi və bu haqda Maradaona ilə görüş zamanıda bildirdi. Nəticədə isə, Maradona baş məşqçi vəzifəsini tərk etmək qərarına gəldi.
Reuters agentliyinin məlumatına görə isə, Maradonanın millidəki taleyi iyulun 27-si, yəni bu gün həll olunacaq.
