27 iyul 2010 12:02
Türkiyə azərkeşləri Qutini qarşıladılar
Türkiyənin "Beşiktaş" komandasının yeni transferi Madridin "Real" klubunun sabiq futbolçusu Quti İstanbula gəldi. Azerisport.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, futbolçunu hava limanında xeyli azərkeş qarşıladı. Azərkeşlər Quti ilə bağlı böyük ümidlər bəsləyirlər.
Xatırladaq ki, futbolçu "Beşiktaş"-la ikiillik müqavilə imzalıyıb. Yeni komandada Quti "14" nömrəsi altında çıxış edəcək.
