27 iyul 2010 00:08
Qurban Qurbanov: Rubins Krakovda oynayacaq
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına bildirdi ki, o, Polşanın "Wisla" komandası ilə ilk görüşdə meydançaya klubun yeni transferinin Andreys Rubinsi də buraxacaq. "O bizim oyunçumuzdu və meydançaya çıxa bilər. Başa düşürəm ki, buna qədər Andreys "Qarabağ"-da oynamayıb. Lakin futbolçu haçansa debüt etməlidi. Rubins artıq bir aydı ki komandadadı və onunla heç bir problem yoxdu", - Qurbanov bildirdi.
